Tools

NoteBook - kompüter satış mərkəzi

You are here: Əsas səhifə » Zəmanət və servis
Cümə axşamı, 23 Fev 2012

Zəmanət və servis



Fujitsu Technology Solutions şirkətinin məhsullarına zəmanət
Fujitsu Technology Solutions şirkətinin yüksək keyfiyyətli məhsullarını seçdiyiniz üçün Sizə təşəkkür edirik.


Məhsullarımız yüksək texniki və keyfiyyət tələbatlarının ödənilməsi məqsədilə işlənib hazırlanır. Daha yüksək səviyyəli keyfiyyətin təmin edilməsi üçün, biz Sizə-müştərilərimizə, əldə etmiş olduğunuz məhsullarda mümkün nöqsanlar olduğu halda, aşağıdakı şərtlərlə istifadə edə biləcəyiniz zəmanət qaydalarını təqdim edirik. Fujitsu Technology Solutions şirkətinin əldə etdiyiniz məhsullarına verilən zəmanətin növü və müddətinə dair ətraflı məlumat, məhsulla birlikdə təqdim edilən zəmanət haqqında xülasə məlumatda əks olunmuşdur. Təklif edilən zəmanət, Fujitsu Technology Solutions şirkətinin istehsalçı kimi, yeni avadanlıqların əsas alıcıları qarşısında müvafiq öhdəliklərini təsdiq edir. Bununla yanaşı, Siz həmçinin, müştəri olaraq, bu zəmanət şərtləri ilə məhdudlaşmayan digər qanuni tələblərə də malik ola bilərsiniz. Digər tələblər və ya bu broşuraya daxil olmayan tələblər bu zəmanətə əsaslanılaraq, təqdim edilə bilməz. Fujitsu Technology Solutions şirkətinin partnyorlarından əlavə ödəniş müqabilində, şirkətin təklif etdiyi Service Top Up xidmətlər paketinin əldə edilməsi mümkündür. Bu barədə daha ətraflı məlumat zəmanət şərtlərinin sonunda göstərilmişdir. Zəmanət şərtləri-zəmanətin Müddəti məhsulun alıcı tərəfindən əldə edilmə günündən etibarən başlanır (qəbzin əsli üzərində olan əldə edilmə tarixi və ya çatdırılma sənədinin əsli üzərində olan tarix). Diqqətinizə çatdırırıq ki, zəmanət xidmətlərinə dair tələblər yalnız qəbzin əsli və ya çatdırılma sənədinin əslinin təqdim edilməsi zamanı qəbul oluna bilər. Buna görə də qəbzin əsli və ya çatdırılma sənədinin əslini daim zəmanət sənədləri ilə birlikdə saxlayın. Mağazanın/çatdırılma sənədinin qəbzi üzərində avadanlığın adı və onun identifikasiya nömrəsi qeyd edilməlidir. Zəmanət xidmətlərinin göstərilməsinə dair tələblər Fujitsu Technology Solutions şirkətinin Service Desk sistemi və ya bizim satış və ya servis üzrə partnyorlarımız tərəfindən mövcud nöqsanların müəyyən edilməsindən sonra, irəli sürülə bilər. Service Desk sisteminin əlaqə nömrələrinin siyahısı Sizə tərəfinizdən əldə edilmiş məhsullarımızla birgə təqdim olunur. Bu siyahı ilə Siz həmçinin, internetdə tanış ola bilərsiniz: http://ts.fujitsu.com/support/servicedesk Zəmanət xidmətlərinin göstərilməsi və həcmi. Digər amillərin mövcud ola biləcəyi hallar istisna olmaqla, zəmanət müvafiq zəmanət müddəti ərzində materialda mövcud ola bilən istənilən nöqsana aid edilir.
Zəmanət qeyri-düzgün istifadə nəticəsində yaranmış nöqsanlara aid edilmir. Düzgün istifadə dedikdə, məhsuldan istifadə qaydaları haqqında təlimatda və məhsula dair sənədlərdə qeyd edilmiş formaya uyğun istifadə üsulu nəzərdə tutulur. Zəmanət, məhsulun nöqsandan əvvəlki formasına qaytarılmasının təmin edilməsi üçün müvafiq parametrlərin bərpa edilməsini nəzərdə tutur. Bunun üçün məhsulun yoxlamadan keçirilməsi zamanı, texniki məlumatlar əsasında Fujitsu Technology Solutions şirkətinin spesifikasiyalarına müvafiq olaraq, orijinal məhsula aid olan xüsusiyyətlərə uyğun olması kifayətdir. Fujitsu Technology Solutions şirkətinin zəmanət şərtlərinə məlumatın bərpası və ya müştərinin proqram təminatı daxil deyil. Zəmanətin yuxarıda göstərilən və aşağıda daha ətraflı şəkildə qeyd edilən növlərinin keçərli olduğu müddət ərzində, zəmanət öhdəlikləri Fujitsu Technology Solutions şirkətinin seçiminə əsasən, təmir və ya avadanlıqların dəyişdirilməsi vasitəsilə, yerinə yetirilir. Materialda nöqsanlar olduğu zaman və/və ya təmir edilməsi mümkün olmayan detallar olduqda, onlar yeni və ya daha müasir detallarla əvəz olunur. Zəruri hallarda, bütün avadanlıq, oxşar və ya eyni funksional xarakteristikaya malik yeni istehsal olunmuş detalla əvəz olunur. Zəmanət xidmətlərinin dəyəri istənilən halda bərpa edilməsi mümkün olmayan materialların dəyərindən asılı olaraq məhdudlaşa bilər. Fujitsu Technology Solutions Originalteile şirkətinin zəmanət müddətində istifadə edilən orijinal hissələrinə, bu hissələrin Fujitsu Technology Solutions şirkətinin məhsullarına quraşdırılması hallarında yalnız təmir edilmiş qurğunun qalmış olan zəmanət müddəti aid edilir. Məlumatın yaddaşda saxlanılma vasitələrinə, ümumilikdə bütün sistemə aid olan zəmanətin həcmindən asılı olmayaraq, yalnız bu zəmanət şərtlərinə daxil olan zəmanət xidmətləri aid edilir. Zəmanət xidmətləri Fujitsu Technology Solutions şirkəti və ya şirkətin servis üzrə təsdiq edilmiş partnyorları tərəfindən, xidmətlərin göstərildiyi yerdə qəbul edilmiş müvafiq iş saatlarında həyata keçirilir. Zəmanət müddətində Fujitsu Technology Solutions şirkəti nöqsanların aradan qaldırılması üçün tələb olunan material və /və ya ehtiyat hissələrinin istifadəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürür.Sərf edilmiş iş vaxtı, eləcə də müvafiq xidmət müəssisəsinə (müəssisə-servis xidmətlərini təmin edən partnyor və ya təmir mərkəzi) qədər olan nəqliyyat xərclərini, müştəri öz üzərinə götürür.
 

Servis xidmətində xüsusi hissələrlə bağlı servisə məhdud zəmanət


Aşağıdakı hissələr (komponent) olduğu halda, zəmanət üzrə xidmətin həcmi müvafiq hissə ilə (komponent) birlikdə əldə olunan xidmətlərin həcmindən fərqlənə bilər.
Bu halda, Sizə qəbzin əslinə və ya çatdırılma sənədinin əslinə əlavə edilən zəmanət sənədində göstərilən məhdud zəmanət müddəti olan hissələri təqdim edirik:

Hissə
  • Xarici klaviatura
  • Siçan (mouse)
  • Akkumulyatorlar, batareyalar
  • Xarici səsgücləndiricilər, mikrofon, qulaqcıqlar
  • APC-USV
Diqqətinizə çatdırırıq ki, hissələrə həmçinin, digər istehsalçıların ayrıca zəmanətləri də aid edilə bilər. İnformasiyanın yaddaşda saxlanılması vasitələrinə olan zəmanət məhdud xarakter daşıyır. Məlumat daşıyıcılarına da məhdud zəmanət verilir. Fujitsu Technology Solutions şirkətinin məhsulların əldə edilməsindən altı ay müddətində, yalnız onlar (Məlumat daşıyıcıları) şirkətin məhsulları ilə birlikdə quraşdırıldığı zaman nasazlıq aşkar edildikdə, məlumat daşıyıcılarını yeniləri ilə əvəz edə bilər. Proqram təminatı özü-özlüyündə zəmanət obyekti hesab edilmir. Qurğu və proqram təminatı ilə iş zamanı məlumatı müntəzəm olaraq yaddaş daşıyıcısında saxlamağı tövsiyyə edirik. Servis xidmətinin həyata keçirilməsindən əvvəl, məlumatın yaddaş daşıyıcısında saxlanılması mütləqdir, belə ki, heç də bütün hallarda servis xidmətinnin məlumatın itirilməməsinə təminat verməsi mümkün deyil. Nəzərinizə çatdırırıq ki, tətbiqi proqramlar və əməliyyat sisteminin proqram təminatı daxil olmaqla, məlumatın qorunması ilə bağlı bütün məsuliyyət, qurğunun istifadəçisi olaraq Sizin üzərinizə düşür. Zəmanət xidmətlərinin göstərilməsi çərçivəsində, məlumatın itirilməsinə görə məsuliyyət, birmənalı olaraq istisna olunur. Zəmanət istisna edilən hallar.
 

Zəmanət aid edilmir:

  • Məhsulun dəyərinə və onun təyinatı üzrə istifadəsinə təsir etməyən kiçik qüsurlara
  • BİOS, drayver və ya proqram təminatının daha yeni versiyalarının quraşdırılmasına
  • Qoruyucu funksiyaların aradan qaldırılması, şifrələrin silinməsi və s.-ə
  • Məlumatın və ya kliyent proqramının bərpası və ya yaddaşda saxlanılmasına nizamdan çıxmış proqram/əməliyyat sisteminin təkrar yüklənməsinə (məsələn, sistem üçün vacib olan faylların silinməsi, sistemin qeyri-düzgün qurulması və ya məsələn, virusların yoluxması səbəbindən yaranan proqram törəməsi nəticəsində)
  • Qurğu ilə birlikdə yazılmış və ya yüklənmiş proqram təminatının fasiləsiz və səhvsiz işləməsinin təmin edilməsi, eləcə də keyfiyyət, səmərəlilik, bazar tələblərinə uyğunluq, yaxud bu proqram təminatının və ya sənədlərin, hətta onlar Fujitsu Technology Solutions şirkətinin məhsulları ilə birlikdə təqdim olunduqda, istifadəsinin yararlılığına
  • Məlumat daşıyıcılarının, fon işıqlandırıcıların maye-kristal diodlarının, elektron-şüalı borularda ( şəkilin parlaqlığının azaldılması və ya çoxaldılması) plazma ekran/monitorların elektron-şüalı boruların köhnəlməsinə,
  • istifadə olunmuş batareyaların əvəz olunmasına
  • köhnəlmiş detallar və tükənən maddələrə (məsələn, printerlər üçün mövcud olan kartriclər)
  • akkumulyatorun tutumunun azalmasına
  • ISO 9241-307 standartına uyğun olaraq, noutbukların ekranı və maye-kristal monitorların piksellərindəki qüsurlara
Bundan əlavə, zəmanət aşağıdakı amillər nəticəsində yaranmış, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılmasına aid edilmir:
  • qurğudan qeyri-düzgün istifadə və ya onunla müştəri yaxud üçüncü tərəf qismində davranış ( maye-kristal diodların sındırılması, korpusun mexaniki zədələnməsi və ya zədələnməsi, nöqsanlı kabellərdən istifadə); qeyri-düzgün istifadə hər şeydən öncə, məhsula dair təlimat kitabçasında qeyd edilmiş göstərişlərə uyğun olmayan istifadədir.
  • fors-major halları (şimşək vurması, sel, müharibə və s.)
  • çirklənmə ( siçan, maqnit lentlərdə olan verilənlərin saxlanması üçün diskovodlar və s.)
  • ətrafdakı gözlənilməz təsirlər ( gərginlik, maqnit sahələri və s.) və ya
  • Fujitsu Technology Solutions şirkətinin cavabdehlik daşımadığı digər hallar. Zəmanət xidmətlərinin göstərilməsinə dair tələblər nəzərə alınmır, əgər
  • Fujitsu Technology Solutions şirkətinin məhsulları, şirkət tərəfindən müəyyən hallar üçün istifadəsi qəbul edilməyən detallar, hissələr və ya periferik qurğularla birlikdə istifadə edilir və ya quraşdırılırsa,
  • Servis işləri/təmir və ya qurğu ilə bağlı digər hər hansı dəyişikliklər Fujitsu Technology Solutions şirkətinin təsdiq etmədiyi tərəflər vasitəsilə həyata keçirilmişdirsə, (nasazlığın bu səbəbdən yaranmadığı və ya bunun nəticəsi olmadığını sübut edən hallar istisna olmaqla)

Məsuliyyətin məhdudlaşdırılması


Zəmanət xidmətlərinə istənilən iddia hüququ olan alıcının bu zəmanət şərtlərinə daxil olmayan iddiaları yalnız, müvafiq ölkədə qüvvədə olan qanunverciliyə əsasən, məcburi qaydada Fujitsu Technology Solutions şirkəti tərəfindən öhdəliklərin yerinə yetirilməsi hallarında istisna olunur. Yuxarıda göstərilənlər xüsusilə, dolayı itkilər, itirilmiş mənfəət və ya verilənlərin yaxud informasiyanın itirilməsi, eləcə də istifadədəki fasilələr nəticəsində olan itkilərə aid edilir. Zəmanətə dair qüvvədə olan qanunvericilik satıcıdan məhsulu birbaşa olaraq əldə edən alıcının ölkəsində olan qanunvericiliklə uzlaşdırılır və buna uyğun olaraq şərh edilir. Əmtəənin beynəlxalq satışı ilə bağlı razılaşmalar qəbul olunmur.